Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elçibəyin arxasında Azərbaycan Xalq Cəbhəsi durub" - Surət Hüseynova cavab

“Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər rolu olmayıb. Mən istədim, Elçibəy də prezident oldu”...

Bu fikirləri sabiq baş nazir Surət Hüseynov “Xalq tarixini bilməlidir” verilişində səsləndirib. O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi, əksinə, ona qarşı hücumlarla əvəz olundu: “Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və ”Prezident Elçibəy olacaq" dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni mən Etibar Məmmədova “yox” dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonradan mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular".

Bəs doğrudanmı Əbülfəz Elçibəyin prezident seçilməsində Surət Hüseynov əsas rol oynayıb?

Əbülfəz Elçibəyin yaxın silahdaşlarından, seçki kampaniyasının aparılmasında əsas iştirakçılardan biri olmuş sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat”ın sualına belə cavab verdi: “Əbülfəz Elçibəy Azərbaycan xalqının səsi ilə prezident seçilib. Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi Azərbaycan Xalq Cəbhəsi tərəfindən irəli sürülüb. AXC o dövrdə Azərbaycanda ən böyük, təşkilati gücünə, üzvlərinin sayına, kütlələr üzərində təsirinə görə digər siyasi qüvvələrlə müqayisə olunmayacaq dərəcədə güclü təşkilat idi. Mövcud qanunlara uyğun olaraq 6 min təşkilat Əbülfəz Elçibəyin prezidentliyə namizədliyini dəstəkləyirdi. Digər namizədlərdən 6 dəfə çox imza toplanmışdı Elçibəyin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün. Həm AXC-nin namizədi olması baxımından, həm şəxsi siyasi nüfuzlu lider olması sarıdan Əbülfəz Elçibəyin seçilməsi o dövrdə labüd idi. Konkret olaraq Surət Hüseynovun Əbülfəz Elçibəyin prezidentliyə namizədliyinə, prezident seçilməsinə dəstək verib-verməməsi barədə heç bir məlumatım yoxdur. O dövrdə AXC-nin apardığı seçki kampaniyasında belə bir halın olması haqqında ümumiyyətlə məlumat olmayıb. İstər Surət Hüseynov olsun, istər Pənah Hüseyn olsun, istər başqa bir şəxs olsun ki, guya o, əsas rol oynayıb Əbülfəz Elçibəyin prezident seçilməsində, bu, qeyri-ciddi iddiadır və bu cür iddialar kifayət qədər qeyri-ciddi səslənir. Əbülfəz Elçibəy Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən prezident seçilmişdi. Təşkilati baza olaraq da onun arxasında Azərbaycan Xalq Cəbhəsi durub”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar